Şahin Diniyev: “Klublarımız mərhələ adlaya bilmədisə, nəticədən danışmaq əbəsdir”
- İlk növbədə rəqiblə bağlı hər hansı məlumatınızın olub-olmaması barədə fikirlərinizi bilmək istərdik”¦
- İstənilən rəqibə hörmətlə yanaşırıq. Tacikistan yığması məhz bizimlə oyuna hazırlaşmaq məqsədilə Türkiyədə 10 günlük təlim-məşq toplanışı keçirib. Hesab edirəm ki, çətin oyun olacaq. Çünki Tacikistan yığmasının yeni baş məşqçisi üçün bu oyun müəyyən mənada özünüsübut baxımından çox əhəmiyyətlidir.
- Təqvimdə nəzərdə tutulmuş xüsusi gündə - avqustun 22-də yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarışı niyə bu qədər uzun çəkdi?
- Bununla bağlı bəzi mətbu orqanlarda reallığı əks etdirməyən fikirlərə rast gəldik. Guya rəqib axtarışı vaxtında başlanmayıb, yaxud AFFA tərəfindən məsələyə barmaqarası yanaşılıb və sair. Əslində, vəziyyət belə deyildi. İş ondadır ki, AVRO-2008-in seçmə mərhələsində millimizin çıxış etdiyi qrupun oyunlarının təqvimi müəyyənləşdirilərkən avqustun 22-də Polşa yığması ilə qarşılaşmağımız nəzərdə tutulmuşdu. Lakin sonradan bu oyunun vaxtı dəyişdirildi və məhz buna görə avqustun 22-də yoldaşlıq görüşü üçün rəqib tapmaqda müəyyən çətinliklə üzləşdik. Ancaq məsələ müsbət həllini tapdı.
- Tacikistan millisinin baş məşqçisi açıqlama verərək komandasının heç də zəif olmadığını bildirib. Rəqibimizin millimizdən zəif olması barədə fikirləri nəyə əsasən səsləndirmişdiniz?
- Mən belə açıqlama verməmişəm. Ümumiyyətlə, hansısa komandanı zəif hesab etməyimlə bağlı indiyə qədər bir dəfə də fikir bildirməmişəm. Bu, mənim xarakterimə ziddir. İstənilən rəqibə hörmətlə yanaşıram. Portuqaliya yığmasının baş məşqçisi öz güclərinə yaxşı bələd olduğu halda Azərbaycan millisi ilə oyundan əvvəl qalib gələcəklərinə əmin olmadığını bildirirsə, bizim hansısa komandanı zəif adlandırmağa nə haqqımız var? Bu, ən azı etik normalara zidd olardı.
- Bu məsələ həmişə müzakirə mövzusu olub və bu dəfə də istisna deyil. Söhbət millimizin Avropa deyil, Asiya komandası ilə yoldaşlıq görüşü keçirməsindən gedir. Fikrinizcə, Tacikistan yığması ilə oyun komandamıza nəsə qazandıra biləcəkmi?
- Burada vacib olan nəticə deyil, komandadakı çatışmazlıqların müəyyənləşdirilməsidir. Ümumiyyətlə, futbolun qitələrə bölünməsi ilə razı deyiləm. Dünyanın hər yerində futbolu eyni oyun qaydalarına əsasən oynayırlar. Bu baxımdan, Avropa, Asiya, yaxud Afrika komandası ilə qarşılaşmağın bir-birindən köklü surətdə fərqlənməsi və yaxud millimizə faydasız olacağı ilə bağlı fikirlərlə razı deyiləm.
- Klublarımızın avrokuboklardakı çıxışlarını izlədinizmi?
- Əlbəttə.
- Sizcə, nəticələr qanunauyğun idimi?
- Klubların çıxışına qiymət vermək fikrində deyiləm. Tarixdə nəticə qalır. Əgər klublarımızın heç biri mərhələ adlaya bilmədisə, nəticədən danışmaq əbəsdir. Amma bir məqamı qeyd etmək istəyirəm ki, klublarımızın oyununda irəliləyiş hiss olunur.
- Klublarımızın sərfəli hesabları son dəqiqələrdə əldən verməsi futbolçuların fiziki hazırlığının aşağı olması ilə əlaqələndirildi. Həmin klublardan milliyə dəvət alan futbolçuların fiziki hazırlıq səviyyəsi sizi nə dərəcədə narahat edir?
- Klublarımızın avrokubok oyunlarında maraqlı məqamlardan biri də, demək olar ki, bütün qarşılaşmalarda oxşar hadisələrin yaşanması idi. Son dəqiqələrdə qol buraxılması, futbolçuların qırmızı vərəqə alması və sair. Fiziki hazırlıq məsələsinə gəlincə, futbolda bunu ustalıqla “sığortalamaq” mümkündür. Bütün çatışmazlıqların aradan qaldırılmasına çalışacağıq.
- Heyətdə İlqar Qurbanovun adına rast gəlmədik. Bunun səbəbi nədir?
- İlqar mənə zəng vuraraq avqustun 23-də klubunun heyətində vacib oyuna çıxmalı olduğunu bildirdi və bu toplanışa çağırılmamasını xahiş etdi. Klubunun heyətində möhkəmlənməsinə imkan yaratmaq üçün açıqladığımız siyahıya İlqar Qurbanovun adını daxil etmədik. Bundan əlavə, Vüqar Nadirovu və Vaqif Cavadovu U-21-ə yardımçı ola bilmələri üçün milliyə çağırmamışıq.
- Samir Əliyevin yenidən milliyə çağırılması da diqqət çəkən məqamlardandır”¦
- Samirin UEFA Kuboku çərçivəsində keçirilən oyunlardakı çıxışı məndə xoş təəssüratlar oyatdı. Buna görə, onu yenidən milliyə dəvət etdik.
- Amma Samir Əliyev bundan əvvəlki dəvətinizi müsbət dəyərləndirməmişdi”¦
- Bəli. Ötən dəfə Samir Əliyev fiziki hazırlığının aşağı səviyyədə olmasını bildirdi və millidə çıxış etməyə hazır olmadığını dedi. Onun bu addımı peşəkar futbolçuya yaraşan hərəkət idi. Mən ona inandım və təşəkkürümü bildirdim. Çünki məşqçi ilə futbolçu arasında qarşılıqlı inamın olması vacib amildir. Hazırda Samirin hazırlıq səviyyəsi ötən mövsümə nisbətən daha yüksəkdir.
- Heyətə cəmi iki qapıçı dəvət etmisiniz. Perspektivli qapıçılardan daha birini ən azı özünəinam hissini artırmaq üçün bu toplanışa cəlb etmək olmazdımı?
- Qarşıdakı toplanış qısamüddətlidir bir məşq və bir oyundan ibarətdir. Buna görə iki qapıçı ilə kifayətlənməli olduq. Qarşıdakı təlim-məşq toplanışlarında perspektivli qapıçılarımızı millinin düşərgəsinə dəvət etməyi düşünürük.
- Murad Ağakişiyevin də milliyə dönüşü diqqətdən yayınmır”¦
- “Simurq” - “Qarabağ” oyununu Murad yüksək səviyyədə keçirdi. Buna görə, ona özünü millidə göstərmək üçün daha bir şans verdik. Millinin hər bir oyunçusu yüksək peşəkarlığı ilə digərlərinə nümunə olmalıdır. Heç kimə qarşı kin saxlamamalı və keçmişdə baş verən xoşagəlməz halları unudub inkişaf etməliyik. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO