Bank Of Baku

Murad Ağakişiyev: “Milli komandaya çağırılmamağımın baiskarı İqor Nakoneçnı idi”

Murad Ağakişiyev: “Milli komandaya çağırılmamağımın baiskarı İqor Nakoneçnı idi”
# 17 avqust 2007 14:11 (UTC +04:00)
“Milli komandanın son oyunlarına çağırılmamağımın baiskarı İqor Nakoneçnı idi. O, fəaliyyətini dayandıran “MKT-Araz” klubunu tərk etdikdən sonra yığma komandaya dəvət alacağıma inamım böyük idi. Yenidən milliyə çağırılmışamsa, dəvətə hörmət edib, canla-başla oynamaq lazımdır”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Tacikistanla avqustun 22-də keçiriləcək yoldaşlıq görüşünə dəvət alan “Qaraba𔝠klubunun yarımmüdafiəçisi Murad Ağakişiyev deyib. 22 yaşlı futbolçunun sözlərinə görə, hazırda rəhbərliyi altında çıxış etdiyi türkiyəli məşqçi Rasim Kara ilə İqor Nakoneçnını müqayisə etmək düzgün deyil: “Rasim Kara kimi məşqçinin rəhbərliyi altında oynayan futbolçu yaxşı hazırlaşıb, milliyə çağırılacağını hər an gözləməlidir. Kara ilə Nakoneçnı arasında yerlə göy arasında fərq var. Nakoneçnı yerin altındadırsa, Kara göyün yuxarı qatındadır. Komanda ailə sayılır və baş məşqçi onun başçısıdır. Ailə başçısı övladının pisliyini necə istəyə bilər? Amma “MKT-Araz”dan getməyimlə bağlı xəbərlər yayılandan sonra İ.Nakoneçnı mənimlə prinsip aparmağa başladı. Onun mənimlə bağlı Diniyevə söylədikləri fikirlər Polşa və Qazaxıstanla görüşlərdən kənarda qalmağıma gətirib çıxardı. Yığmanın son oyunlarından kənarda qalmağımın əsas günahkarı Nakoneçnı idi”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR