Bank Of Baku

Fuad Musayev: “Azərbaycan futbolunda Ukrayna mafiyası yaradıblar”

Fuad Musayev: “Azərbaycan futbolunda Ukrayna mafiyası yaradıblar”
# 17 avqust 2007 14:43 (UTC +04:00)
“Valentin Xodukin, İqor Nakoneçnı və digərlərini gətirərək, Azərbaycan futbolunda Ukrayna mafiyası yaradıblar. Halbuki, onların heç biri heç yerdə özlərini bacarıqlı məşqçi kimi sübut edə bilməyiblər”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sabiq prezidenti Fuad Musayev deyib. F.Musayevin sözlərinə görə, ölkəmizlə heç bir əlaqəsi olmayan əcnəbilərə bel bağlamaqdansa, vaxtilə yığmamızda və klublarımızda çıxış edənləri geri çağırıb işlə təmin etmək lazımdır: “Deni Qaysumov və Aleksandr Jidkov mənə zəng etmişdilər. Qaysumovdan soruşuram ki, nə işlə məşğulsan? İşləmədiyini və Azərbaycanda çalışmaq istədiyini söyləyir. Jidkov isə Rusiya premyer-liqasında çıxış edən “Tom”da qapıçılarla işləyən məşqçi olsa da, Bakıda çalışmaq arzusundadır. Mən isə dedim ki, burada sizin üçün iş yoxdur. Çünki klublar əslən azərbaycanlılarla yox, ukraynalılarla çalışmaqda maraqlıdırlar”. F.Musayev, həmçinin bildirib ki, artıq futbolumuzda mafiya sözü müsbət məna daşımağa başlayıb: “Bu da təbiidir. Çünki mafiya sözünün mənası birlik deməkdir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR