Bank Of Baku

Fuad Musayev: “Mən “Neftçi” klubu rəhbərliyinin apardığı siyasəti başa düşə bilmirəm”

Fuad Musayev: “Mən “Neftçi” klubu rəhbərliyinin apardığı siyasəti başa düşə bilmirəm”
# 18 avqust 2007 10:07 (UTC +04:00)
“Mən “Neftçi” klubu rəhbərliyinin apardığı siyasəti başa düşə bilmirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın sabiq prezidenti Fuad Musayev deyib. F.Musayev son vaxtlar “Neftçi” klubunun üzləşdiyi uğursuzluqları baş məşqçi Qurban Qurbanovun təcrübəsinin azlığı ilə əlaqələrdirib. AFFA-nın sabiq başçısı çıxış yolu kimi gənc məşqçiyə təcrübəli mütəxəssislər tərəfindən köməklik göstərilməsinin vacibliyini vurğulayıb: “Qurban təcrübəsinin azlığından səhvlərə yol verir. Ağasəlim Mircavadov və Kazbek Tuayev asanlıqla uğurlu mütəxəssisə çevrilməyiblər. 1980-ci illərdə mən “Neftçi”yə Mixail Yakuşin, Vyaçeslav Solovyov, Hacı Hacıyev və Aleksandr Sevidov kimi tanınmış mütəxəssisləri baş məşqçi təyin etmişdim. Onların köməkçiləri isə Mircavadov, Tuayev və rəhmətlik Ruslan Abdullayev idi. Məhz bu azərbaycanlı məşqçilər sonradan müxtəlif klublarımızda uğurlar qazandılar. Qurbanov da bir müddət təcrübəli mütəxəssislərin yanında köməkçi-məşqçi kimi çalışmalıdır”. AFFA-nın sabiq prezidenti azərbaycanlı məşqçilərin təcrübələrinin artırılması istiqamətində fəaliyyət göstərilməsinin zəruriliyini vurğulayıb. Onun sözlərinə görə, milli komandamıza rəhbərlik etmiş braziliyalı Karlos Alberto Torresi buraxmaq lazım deyildi: “Torres heç olmasa, məsləhətçi kimi qalsaydı, məşqçilərimiz onun yanında təcrübələrini artıra bilərdilər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR