Bank Of Baku

Azərbaycan yığması “Palanqa” turnirində Gürcüstan və Latviya üzərində qələbə qazanıb

Azərbaycan yığması “Palanqa” turnirində Gürcüstan və Latviya üzərində qələbə qazanıb
# 20 avqust 2007 08:06 (UTC +04:00)
Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Latviyada keçirilən ənənəvi “Palanqa” turnirində uğurlu start götürüb. “APA-Sport” agentliyinin məlumatına görə, Yaşar Vahabzadənin çalışdırdığı komanda turnirdə keçirdiyi ilk oyunda qələbə qazanıb. Yığmamız qrupda ilk görüşünü İrlandiya ilə keçirməli olduğu halda, bu ölkənin futbol federasiyası son anda yığmanın turnirdə iştirakına qadağa qoyduğu üçün təşkilatçılar onu Gürcüstanla əvəzləyib. Y.Vahabzadənin komandası gürcüstanlı həmyaşıdlarını Orxan Həsənovun “dubl”u sayəsində 2:0 hesabı ilə məğlub edib. Y.Vahabzadənin komandası ikinci qələbəsini meydan sahibləri üzərində Şəhriyar Həsənovun 43-cü dəqiqədə penalti zərbəsindən vurduğu qol sayəsində yenib 1:0. Yığmamız qrupda son oyununu sabah Rusiyaya qarşı keçirəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR