Bank Of Baku

Rasim Kara: “Futbolçuları cəzalandıracağıq”

Rasim Kara: “Futbolçuları cəzalandıracağıq”
# 20 avqust 2007 09:57 (UTC +04:00)
“Komandamızın öz meydanında keçirdiyi görüşlərdə nəticə qazanması vacibdir. Evdə də məğlub oluruqsa, futbolçuların cəzalanması gərəkdir”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Ağdamın “Qaraba𔝠klubunun məşqçisi Rasim Kara deyib. XVI milli çempionatında ardıcıl ikinci məğlubiyyətdən sonra komanda daxili iclas keçirəcəklərini vurğulayan türkiyəli mütəxəssisin sözlərinə görə, toplantıda futbolçular cəzalandırılacaq: “Öz meydanımızda maksimum xal qazanmaq lazım olduğu halda, məğlub olmaq pis haldır. Bu səbəbdən futbolçuları cəzalandırmaq fikrindəyik”. Cərimələnəcəyi gözlənilən “Qaraba𔝠klubunun futbolçuları ilk oyunda qol vura bilməyiblər. Komandanı isə ardıcıl Lənkəranda iki səfər matçı - “Xəzər-Lənkəran” və “Masallı” ilə görüşlər gözləyir. R.Kara növbəti turda “Xəzər-Lənkəran”la görüşü prinsipial sayıb: “Bu oyuna ciddi hazırlaşıb, ilk xalımızı və ilk qolumuzu vurmaq əzmi ilə çaxacağıq. Futbolçularımızın cəzalanması önəmli deyil. Əsas odur ki, onlar da uğursuz startdan sonra xal qazanmağa çalışsınlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR