Bank Of Baku

Tacikistan çempionatının bombardiri Azərbaycanla görüşə çıxmayacaq

Tacikistan çempionatının bombardiri Azərbaycanla görüşə çıxmayacaq
# 20 avqust 2007 11:29 (UTC +04:00)
Tacikistan yığması Azərbaycanla avqustun 22-də keçiriləcək yoldaşlıq görüşünə ciddi itki ilə çıxacaq. Bu barədə “APA-Sport” agentliyinə açıqlamasında baş məşqçi Mahmad Xabibullayev məlumat verib. Onun sözlərinə görə, Tacikistan çempionatının bombardiri Numon Hakimovu komandadan qovub: “Numon Azərbaycanla oyunun hazırlığına qatılmayıb. Axşam məşqinə də gəlib çıxmadı. Belə olan halda, Hakimovu heyətdən uzaqlaşdırıb, əvəzinə “Reqar-TadAZ” klubundan Əsgər Rəcəbzadəni çağırdım. “Parvuz” klubunda çıxış edən Numon ilk dövrədən sonra vurduğu 11 qolla Tacikistan çempionatının bombardiridir. O, peşəkar futbolçuya yaraşmayan hərəkət etdiyi üçün yığmadan kənarlaşdırdım. Qoy bundan digər futbolçular da nəticə çıxartsınlar. Onsuz da milli komandada sınaqdan keçirə biləcəyimiz kifayət qədər futbolçu var. Dünya çempionatının iştirakçısı 17 yaşlılardan ibarət milli komandadan bir neçə oyunçu çağıracağam”. Yoldaşlıq görüşünə ciddi hazırlaşdıqlarını vurğulayan M.Xabibullayev Azərbaycan yığmasının heyət ilə artıq tanış olduğunu söyləyib: “Heyətdə braziliyalılar Ernani Pereyra, Andre Ladaqa və Leandro Qomeşin adı yoxdur. Hər halda, serbiyalı Branimir Subaşiç yenə milli komandaya çağırılıb. O, səviyyəli hücumçudur. Ümumiyyətlə, heyətə nəzər salanda dəyişiklərin çox az olduğunu və əksər futbolçuların hazırkı Avropa çempionatının iştirakçısı olduğu görürəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR