Bank Of Baku

“Qaraba𔝠futbolçularını cərimələyib

“Qaraba𔝠futbolçularını cərimələyib
# 21 avqust 2007 09:29 (UTC +04:00)
XVI Azərbaycan çempionatının ilk iki turunda ardıcıl məğlubiyyətlərlə üzləşən “Qaraba𔝠klubunun rəhbərliyi futbolçularını cərimələyib. Bu barədə “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Rasim Kara məlumat verib. R.Karanın sözlərinə görə, ikinci turda “Karvan”a 0:1 hesabı ilə məğlub olduqları qarşılaşmanın start heyətində meydana çıxanlar 300, sonradan oyuna daxil olanlar isə 175 dollar cərimə edilib. Türkiyəli mütəxəssis, həmçinin 19 yaşlılardan ibarət Azərbaycan yığma komandasının heyətində zəif çıxış etmiş qapıçı Osman Umarovla yarımmüdafiəçi Maksim Medvedevin 300-500 dollar civarında cərimələnəcəyini vurğulayıb.
Qeyd edək ki, Gürcüstanla ilk görüşdə əsas qapıçı kimi meydana çıxan O.Umarov qapısından 3 top buraxıb. M.Medvedev isə həmin oyunda qırmızı vərəqə alıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR