Bank Of Baku

Təbriz Həsənov: “Başa düşmürəm, İlqar Nəbiyev “Kayserispor”da necə çıxış edir?”

Təbriz Həsənov: “Başa düşmürəm, İlqar Nəbiyev “Kayserispor”da necə çıxış edir?”
# 21 avqust 2007 10:06 (UTC +04:00)
“Türkiyədən təlim-məşq toplantısından qayıtdıqdan sonra İlqar Nəbiyev iki gün komandamızda baxışda oldu. Bilmirəm, İlqar “Kayserispor”da çıxış edir, yoxsa “Fənərbaxça”da... Hər halda, onun Türkiyədə necə futbol oynadığını anlaya bilmədim”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında Yevlaxın “Karvan” klubunun baş məşqçisi Təbriz Həsənov deyib. T.Həsənovun sözlərinə görə, əslən yevlaxlı olan və “Kayserispor” klubunun əvəzedici heyətində çıxış edən İlqar Nəbiyevin fiziki hazırlığı çox aşağıdır: “İlqarın digər problemləri də var. Hamısını özünə demişəm”.
Qeyd edək ki, 21 yaşlı İ.Qurbanov Azərbaycanın olimpiya yığmasına da cəlb olunmayıb. Baş məşqçi Şakir Qəribov futbolçunun özünü mətbuat səhifələrində reklam edərək, süni populyarlıq qazanmaqda ittiham etmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR