Bank Of Baku

AFFA-nın milli çempionatın yayım hüququnu AzTV-yə satması pis qarşılanıb

AFFA-nın milli çempionatın yayım hüququnu AzTV-yə satması pis qarşılanıb
# 21 avqust 2007 10:17 (UTC +04:00)
AFFA-nın XVI milli çempionatın və kubok oyunlarının yayım hüququnu AzTV-yə satması pis qarşılanıb. “APA-Sport” agentliyinin internet saytında keçirilən sorğunun nəticəsi belə olub. Üç həftə ərzində 567 nəfər saytımızı ziyarət edərək, “AFFA-nın XVI milli çempionatın yayım hüququnu AzTV-yə satmasına münasibətiniz necədir” sualını cavablandırıb. Respondentlərin 30,34 faizi (172 nəfər) çempionat oyunlarının AzTV-də yayımlanmasının əleyhinə çıxış edib. Bunun əksinə olaraq, 151 nəfərin (26,63 faiz) yayım hüququnun AzTV-yə satılmasına münasibəti yaxşı olub. Sorğuya qatılanların 23,81 faizi, yəni 135 nəfər AFFA rəhbərliyinin yayım hüququnu AzTV-yə satmasını kobud səhv kimi qiymətləndirib. 109 nəfərin (19,22 faiz) fikrincə, başqa telekanal bu hüquqa layiq deyil. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR