Bank Of Baku

Valentin Xodukin: “Məlik Həsənov transfer qaydalarından xəbərsizdir”

Valentin Xodukin: “Məlik Həsənov transfer qaydalarından xəbərsizdir”
# 21 avqust 2007 10:55 (UTC +04:00)
“Heyətimizə güclülər dəstəsində çıxış edən komandalardan oyunçu cəlb etmək istəyirdik. Amma AFFA-ya müraciət etdikdə, Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov həmin futbolçuların artıq bu mövsüm meydançaya çıxdıqlarını əsas gətirərək, “İnter”ə transferlərinin qeyri-mümkünlüyünü bildirdi”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçisi Valentin Xodukin deyib. Ukraynalı mütəxəssisin sözlərinə görə, “transfer pəncərəsi” avqustun 31-dək nəzərdə tutulduğundan, bu müddətdə istənilən oyunçunu heyətə daxil etmək olar: “Bu qayda bütün aparıcı futbol ölkələrində mövcuddur. “ Transfer pəncərəsi” bağlananadək, eyni çempionatda çıxış edən hər hansı komandanın heyətində meydançaya çıxıb-çıxmamasından asılı olmayaraq, istənilən oyunçunu heyətə cəlb etmək olar. Amma deyəsən, AFFA-da bu qaydadan xəbərsizdirlər”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR