Bank Of Baku

Saşa Yunisoğlu “Qrotslin”lə 2 illik müqavilə bağlayıb

Saşa Yunisoğlu “Qrotslin”lə 2 illik müqavilə bağlayıb
# 21 avqust 2007 13:00 (UTC +04:00)
Azərbaycan milli komandasının müdafiəçisi Saşa Yunisoğlu Polşanın “Qrotslin” klubu ilə müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, az öncə fəaliyyətini dayandıran “MKT-Araz” klubunun müdafiəçisi 2009-cu ilin yayınadək “Qrotslin”in şərəfini qoruyacaq. Razılaşmanın maddi dəyəri açıqlanmayıb. S.Yunisoğlu “MKT-Araz”da olduğu kimi, yeni komandasında da 33 nömrəli formanı geyinəcək. Həmyerlimiz Polşa çempionatının növbəti turunda “Qrotslin”də debüt edə bilər. “Qrotslin”in məşqçi korpusu həmyerlimizi UEFA kubokunun birinci təsnifat mərhələsi çərçivəsində “MKT-Araz”a qarşı keçirilmiş oyunlarda bəyənib. Qaydalara əsasən, S.Yunisoğlu “MKT-Araz”da oynadığı üçün UEFA kubokunda “Qrotslin”ə kömək edə bilməyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR