Bank Of Baku

Azərbaycan futbolçuları İranla görüşə papaq və şalvarda çıxacaqlar

Azərbaycan futbolçuları İranla görüşə papaq və şalvarda çıxacaqlar
# 21 avqust 2007 14:08 (UTC +04:00)
19 yaşınadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandası (U-19) İran yığması ilə yoldaşlıq oyununa xüsusi geyimdə çıxacaq. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən yığma komandanın rəisi Telman Abdullayevin sözlərinə görə, həmyerlilərimiz avqustun 27-də İranın paytaxtı Tehranda keçiriləcək yoldaşlıq görüşündə papaq və şalvar geyinəcəklər: “İran tərəfi qarşımıza bəzi tələblər qoyub. Qızlarımız oyuna başıbağlı çıxmalı, tuman geyinməməlidirlər. Bu səbəbdən qarşıdakı matçda qızlarımız papaq və şalvar geyinəcəklər”. T.Abdullayev yoldaşlıq görüşü zamanı milli komandamıza Şamil Heydərovun rəhbərlik etməsinə icazə verildiyini vurğulayıb. İranda kişilərin qadın futbolçuların oyunlarına baxması qadağan edildiyindən Ş.Heydərovun stadiona buraxılmayacağı gözlənilirdi. Amma yığmamızın baş məşqçisinin kişi olmasına baxmayaraq, iranlılar onun stadiona girişinə qadağa qoymayıb. Bir neçə il öncə Tehranda keçirilən müsəlman ölkələri qadınlarının spartakiadasında Azərbaycan futbol yığmasını İranla görüşə həkim Esmiralda Ələkbərova çıxarmışdı. T.Abdullayev, həmçinin milli komandamıza daha bir futbolçunun cəlb olunduğunu vurğulayıb. Belə ki, Rusiyanın OİK klubunun yarımmüdafiəçisi Anna Ələkbərova yığmaya çağırılıb. Hazırda Kişinyov şəhərində olan moldovalı futbolçu bir neçə gündən sonra Bakıya gələcək. Milli komanda İrana 17 futbolçu ilə yollanacaq. Həmyerlilərimiz avqustun 25-də səfərə yollanacaqlar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR