Bank Of Baku

AFFA “Gənclərbirliyi” klubunu 1000 manat cərimələyib

AFFA “Gənclərbirliyi” klubunu 1000 manat cərimələyib
# 21 avqust 2007 14:10 (UTC +04:00)
Bu gün AFFA Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, toplantıda XVI Azərbaycan çempionatının ikinci turunda baş vermiş olaylara hüquqi qiymət verilib. Belə ki, “Neftçi” ilə qarşılaşmada 5 oyunçusu sarı vərəqə aldığı üçün “Gənclərbirliyi” klubu 1000 manat cərimələnib. Kamal Quliyev “İnter”lə qarşılaşmanın 64-cü dəqiqəsində ikinci xəbərdarlığa görə meydandan qovulduğu üçün 1 oyunluq diskvalifikasiya edilib və onun şərəfini qoruduğu “Standard-Bakı” klubu isə 200 manat məbləğində cərimələnib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR