Bank Of Baku

“Turan” klubunun prezidentinə qadağa qoyulub

“Turan” klubunun prezidentinə qadağa qoyulub
# 21 avqust 2007 14:22 (UTC +04:00)
Tovuzun “Turan” klubunun prezidenti Yaşar İbrahimov AFFA Nizam-İntizam Komitəsi tərəfindən cəzalanıb. “APA-Sport” agentliyinin məlumatına görə, buna səbəb avqustun 19-da Tovuzda keçirilmiş “Turan” - “Olimpik” görüşündən sonra Y.İbrahimovun baş hakim Ceyhun Haşımovu təhqir etməsi olub. NİK-in qərarında bildirilir ki, klub prezidenti C.Haşımova tüpürərək, onu nalayiq sözlərlə təhqir edib. Bu səbəbdən Y.İbrahimov 4 oyunluq texniki zonadan kənarlaşdırılmaqla yanaşı, 4000 manat cərimələnib. Habelə, görüşün 64, 75, 83, 87-ci dəqiqələrində meydançaya çoxlu sayda kənar əşyalar atıldığı üçün “Turan” daha 2000 manat məbləğində cərimə ödəyəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR