Bank Of Baku

Azərbaycan FİFA-nın reytinq siyahısında iki pillə irəliləyib

Azərbaycan FİFA-nın reytinq siyahısında iki pillə irəliləyib
# 22 avqust 2007 10:24 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) milli komandaların yeni reytinq siyahısını hazırlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan ötən ayla müqayisədə iki pillə irəliləyib. Hazırda 290 xalı olan yığma komandamız 107-ci yerdədir. Milli komandamızın Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən ən yaxşı göstərici yenə də Portuqaliyaya məxsusdur. Qitə çempionatının gümüş medalçıları iki pillə geriləyərək, 11-ci sırada qərarlaşıb. Serbiya 18-ci, Polşa 20-ci, Finlandiya 38-ci, Belçika 69-cu, Ermənistan 81-ci pillədədir. Azərbaycanla bu gün Düşənbədə yoldaşlıq görüşü keçirəcək Tacikistan iyulda olduğu kimi, yenə 145-ci yerdədir. Siyahıya gəlincə, Braziliya bütün komandalardan öndədir. Argentina 2-ci, İtaliya 3-cü, Fransa 4-cü, Almaniya isə 5-ci mövqedə qərarlaşıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR