Saşa Yunisoğlu: “Qrotslin”lə müqayisədə, Azərbaycan klublarında futbolçulara daha çox pul verilər”
- Özünü necə hiss edirsən?
- Hər şey yaxşıdır. Mən peşəkar futbolçu olduğum üçün istənilən ölkədə oynamağa hazıram. Düzdür, hazırda yad ölkədəyəm. Burada heç bir tanışım yoxdur. Özümü yaxşı hiss edirəm.
- “Qrotslin”lə müqavilənin şərtləri səni qane edirmi?
- Dünən iki illik müqaviləyə imza atdım. Şərtlər məni qane edir. Amma maddi baxımdan Azərbaycanda bundan yaxşıdır.
- Müqavilənin maddi dəyərini açıqlaya bilərsənmi?
- Yox, bunu deməyə haqqım yoxdur. Bizim komandalarla müqayisədə, “Qrotslin”də futbolçulara daha az əməkhaqqı verirlər.
- Bəs nəyə görə “Qrotslin”də oynamağa razılaşdın?
- Mən perspektivi nəzərə aldığım üçün “Qrotslin”lə anlaşdım. Azərbaycan vətənimdir, orada mənim həmişə yerim var. Ancaq belə şans bir dəfə yaranır və bunu əldən vermək istəmədim.
- Adətən libero mövqeyində oynayasan da, keçmiş klubun “MKT-Araz”da sağ cinah müdafiəçisi kimi çıxış edirdin. Yeni komandada hansı mövqedə oynayacaqsan?
- “Qrotslin”in heyətində ilk məşqə bu gün çıxacağam. Bu komandada xətti müdafiə sistemi tətbiq olunur. Hər şey baş məşqçidən asılıdır. O, hansı mövqedə oynamağımı məsləhət bilsə, orada da yer alacağam. Ola bilsin ki, mərkəz müdafiəçisi kimi çıxış edim.
- Baş məşqçi Yatsek Jelinski ilə fərdi söhbətin olubmu?
- Bəli, biz öz aramızda danışmışıq. O, mənə dedi ki, biz sənə güvəndiyimizdən komandaya dəvət etmişik. Baş məşqçi mənə çox inanır.
- Bildiyimizə görə, “Qrotslin”in Polşa çempionatının son turunda “Belçatov”la oyununu izləmisən. Yeni komandan barədə hansı təəssüratların var?
- Komanda çox yaxşı təsir bağışladı. Sürətli futbol oynayır. Bundan başqa, Polşa çempionatı Azərbaycan birinciliyindən ikiqat güclüdür. Burada həm oyun quruculuğu, həm azarkeşlər, həm də peşəkarlıq tam fərqlidir. Azərbaycanda yalnız “Xəzər-Lənkəran” və “Karvan”ın oyunlarına belə çox azarkeş gəlir.
- Polşa çempionatının növbəti turunda meydana çıxa biləcəksən?
- “Qrotslin”in qarşıdakı matçına 3-4 gün qalıb. Amma mən bir məşqdə də iştirak etməmişəm. Buna görə də, Polşa çempionatının növbəti turunda oynayıb-oynamayacığımı dəqiq bilmirəm. Baş məşqçi mənə şans versə, ümidləri doğruldacağam.
- Əsas heyətə düşmək sənə çətin olmayacaq ki?
- Açığı, komanda yoldaşlarımın gücünə tam bələd deyiləm. Buna baxmayaraq, əsas heyətdə yer almağa çalışacağam.
- Müqavilədə milli komanda ilə bağlı bənd var? “Qrotslin” yığmaya gəlməyinə problem yaratmayacaq ki?
- Yığmadan təklif gələcəyi təqdirdə, klub rəhbərliyi mənə maneçilik törətməyəcək. Təki Şahin Diniyev məni milli komandaya dəvət etsin. “Qrotslin” rəsmiləri məni yığmaya sərbəst buraxacaqlarına söz veriblər.
- Müqavilə bağladıqdan sonra, Azərbaycandan səninlə əlaqə saxlayan olubmu?
- Xeyr. “Qrotslin”lə müqavilə bağladıqdan sonra, ilk müsahibəni sizə verirəm. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər
Diplomatik korpus nümayəndələri “AzCotton” MMC-nin tikiş fabrikinə baş çəkiblər - FOTO
Bir 1000-dən çox gənci “Spark ’26” festivalında bir araya gətirib
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO