Bank Of Baku

Mahmud Xabibullayev: “Azərbaycandan top istədiyimiz barədə deyilənlər şayiədir”

Mahmud Xabibullayev: “Azərbaycandan top istədiyimiz barədə deyilənlər şayiədir”
# 22 avqust 2007 13:12 (UTC +04:00)
“Bizim Azərbaycandan top istədiyimiz barədə deyilənlər şayiədir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Tacikistanın futbol yığmasının baş məşqçisi Mahmad Xabibullayev deyib. M.Xabibullayev Tacikistan Futbol Federasiyasının bu gün Düşənbədə Azərbaycan milli komandasına qarşı keçiriləcək oyun üçün AFFA-dan top istəməsi haqda yayılan məlumatları dezinformasiya adlandırıb. Onun sözlərinə görə, topa ehtiyacları yoxdur: “Biz AFFA-ya topla bağlı müraciət etməmişik Çünki buna ehtiyacımız yoxdur. Bəyəm, Tacikistanda top yoxdur?”
Qeyd edək ki, Tacikistan FİFA-nın reytinq cədvəlində Azərbaycandan geri qalsa da, ölkədə futbola böyük diqqət yetirilir. Tacikistan yığması milli komandamızla oyuna 10 gün müddətində Türkiyədə hazırlaşıb. Bundan başqa, Tacikistanın 17 yaşınadək futbolçulardan ibarət yığması hazırda dünya çempionatında mübarizə aparır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR