Bank Of Baku

Yaşar İbrahimov: “Turan” çempionatdan imtina edə bilər”

Yaşar İbrahimov: “Turan” çempionatdan imtina edə bilər”
# 22 avqust 2007 14:33 (UTC +04:00)
Tovuzun “Turan” futbol klubunun prezidenti Yaşar İbrahimov AFFA Hakimlər Komitəsinin sədri Murad Məmmədova müraciət edib. “APA-Sport” agentliyinin məlumatına görə, məktubda avqustun 19-da XVI Azərbaycan çempionatının ikinci turu çərçivəsində keçirilmiş “Turan” “Olimpik” (1:3) matçında hakimlərin idarəçiliyinə etiraz ifadə olunub. Sənəddə bildirilib ki, Tovuz komandası məhz hakimlər briqadasının səhvləri ucbatından məğlubiyyətə düçar olub: “Hakimlər oyun boyu qonaq komandanın xeyrinə qərarlar qəbul edirdi. “Turan”ın 14-cü dəqiqədə vurduğu ikinci qolun qeydə alınmaması qarşılaşmanın taleyini həll etdi. “Olimpik”in fərqləndiyi epizodda isə topun rəqib futbolçudan meydanı tərk etməsinə baxmayaraq, hakim “Turan”ın qapısına künc zərbəsi təyin etdi. Bu səhv qərardan sonra qapımıza qol vuruldu”. Y.İbrahimov vurğulayıb ki, stadionda daha böyük qalmaqal yaranması ehtimalı olub: “Hakimlərin səhvlərindən sonra azarkeşlər meydana kənar əşyalar atdılar. Stadionda rayon rəhbərliyi və millət vəkilləri olmasaydı, hakimlərin qərəzli mövqeyinə qarşı etirazlar daha böyük fəsadlar törədə bilərdi”. Məktubda “Turan”ın cərimələnməsinə hakimlər baiskar göstərilib. Sənəddə qeyd olunub ki, komanda rəhbərliyi AFFA-nın qərarlarına hörmətlə yanaşır: “Bununla yanaşı, biz matçın baş hakimi Ceyhun Haşımovun cəmi 5 oyunluq cəzalanmasını qəbul edə bilmirik. Ceyhun Haşımovun daha böyük cəzaya layiq idi. Belə prinsipial və görüşlərə səriştəsiz və qərəzli hakimlər təyin olunursa, bu işdə Hakimlər Komitəsi özü də günahkardır”. Y.İbrahimov sonda bildirib ki, “Turan”a qarşı haqsızlıqlar davam edəcəyi təqdirdə, komanda milli çempionatda çıxışını dayandıracaq: “Komandamız qərəzli hakimlərin qurbanına çevriləcəksə, biz milli çempionatda çıxışımızı dayandıracağıq. Eyni zamanda, ölkə prezidentinə, UEFA-ya, AFFA rəhbərliyinə və bütün klublara məktublar ünvanlayacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR