Bank Of Baku

Azərbaycan Düşənbədə Tacikistanı məğlub edib

Azərbaycan Düşənbədə Tacikistanı məğlub edib
# 22 avqust 2007 16:08 (UTC +04:00)
Bu gün Azərbaycan futbol yığma komandası Tacikistanla yoldaşlıq görüşü keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Düşənbədə təşkil olunan oyunda milli komandamız 3:2 hesabı ilə qələbə qazanıb. Hesabı 18-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Rəhmanəli Barotov açıb. Yığmamız buraxdığı qolun cavabını ardıcıl iki qolla verib. 25-ci dəqiqədə Samir Əliyev Branimir Subaşiçin ötürməsini qola çevirib. Bir dəqiqə sonra isə B.Subaşiçin özü fərqlənib. 31-ci dəqiqədə tacikistanlı hücumçu Komil Səidov hesabı bərabərləşdirib. Lakin ilk yarının sonuna bir dəqiqə qalmış yenidən S.Əliyev Ceyhun Sultanovun cinah asmasını qola çevirib. Bu, Azərbaycanın Tacikistan üzərində qazandığı ikinci qələbə olub. 1993-cü ilin iyunun 6-da Tehranda keçirilən beynəlxalq turnir zamanı Tacikistanı 2:0 hesabı ilə məğlub etmişdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR