Bank Of Baku

Azərbaycan yığması İranla keçirdiyi hər iki oyunda qələbə qazanıb

Azərbaycan yığması İranla keçirdiyi hər iki oyunda qələbə qazanıb
# 23 avqust 2007 08:01 (UTC +04:00)
21 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) İrana səfərini başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, yığmamız səfər zamanı İranın 20 yaşınadək futbolçulardan ibarət komandası ilə iki oyun keçirib. Şakir Qəribovun yetirmələri hər iki görüşdə 1:0 hesablı qələbə qazanıblar. Tehranda keçirilmiş birinci qarşılaşmada U-21-in yeganə qoluna Asif Məmmədov imza atıb. Gənc futbolçularımız ikinci matçda “Qarabağ”ın hücumçusu Vaqif Cavadovun qolu sayəsində meydandan qalib ayrılıblar. İranla keçirilmiş yoldaşlıq görüşləri Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarına hazırlıq xarakteri daşıyıb.
Qeyd edək ki, U-21 qitə birinciliyinin seçmə mərhələsində sentyabrın 8-də Yunanıstan, üç gün sonra isə Xorvatiya ilə qüvvəsini sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR