Bank Of Baku

“Neftçi” və “Qaraba𔝠klubları arasında problem yaranıb

“Neftçi” və “Qaraba𔝠klubları arasında problem yaranıb
# 23 avqust 2007 15:13 (UTC +04:00)
“Neftçi” və “Qaraba𔝠klubları arasında 21 yaşlılardan ibarət Azərbaycan yığmasının futbolçusu Namiq Yusifovla bağlı problem yaranıb. “APA-Sport” agentliyinin məlumatına görə, “Neftçi” rəhbərliyi ötən mövsümün sonunda “Qarabağ”ı tərk edən N.Yusifovun adını hələ də sifariş ərizəsinə daxil edə bilməyib. Paytaxt klubunun vitse-prezidenti Ramin Musayev bildirib ki, N.Yusifov azad agent kimi komandaya qoşulub. Lakin 21 yaşlı müdafiəçi ilə müqavilə bağlamaq istədikləri vaxt, “Qaraba𔝠transfer haqqı tələb edib. Problemin bir-iki günə həllini tapacağını söyləyən R.Musayev futbolçunun adını iştirak ərizəsinə daxil edəcəklərini vurğulayıb: “Namiqlə müqavilə bağlayacağıq. Lakin “Qarabağ”la problemini həll etmək futbolçunun özünün üzərinə düşəcək”. “Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl isə gənc futbolçu kimi N.Yusifovun paytaxt klubuna keçidi qarşılığında 50 min dollar transfer haqqı tələb etdiklərini açıqlayıb. Ə.Çəlikəl bu məbləği istəməkdə haqlı olduqlarını vurğulayıb: “Biz Yusifova “get” deməmişik. Özü getmək istəyib və biz də mane olmamışıq. Amma biz indiyədək heyətimizə cəlb etdiyimiz digər gənc futbolçulara görə, əvvəlki klublarına kompensasiya ödəmişik. Bu səbəbdən, 21 yaşlı Namiqi də yetişdirdiyimiz üçün para istəməkdə haqlıyıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR