Bank Of Baku

AFFA milli komanda üzvlərini 2000 manat mükafatlandırıb

AFFA milli komanda üzvlərini 2000 manat mükafatlandırıb
# 24 avqust 2007 08:35 (UTC +04:00)
AFFA rəhbərliyi Azərbaycan milli komandasının üzvlərini mükafatlandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, avqustun 22-də Düşənbədə keçirilən yoldaşlıq görüşündə Tacikistana 3:2 hesabı ilə qalib gələn yığmanın hər futbolçusuna 2000 manat pul veriləcək. Tacikistan üzərində qələbəyə görə, xüsusi mükafatlandırma mərasimi təşkil olunmayacaq. Futbolçular bu gündən etibarən öz mükafatlarını AFFA-nın mühasibatlığından ala bilərlər.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, rəsmi oyunlarda yığma üzvlərinə qələbə sayəsində 2000, heç-heçə müqabilində isə 1000 manat mükafat verilir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR