Bank Of Baku

Vaqif Cavadov: “Uğursuzluq sindromuna son qoyacağıq”

Vaqif Cavadov: “Uğursuzluq sindromuna son qoyacağıq”
# 24 avqust 2007 09:35 (UTC +04:00)
“Azərbaycan çempionatının ilk iki turunda uğur bizdən üz döndərdi. Amma inanıram ki, tezliklə bu sindroma son qoyacağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Qaraba𔝠klubunun və Azərbaycan yığma komandasının futbolçusu Vaqif Cavadov deyib. XVI milli çempionatın ilk iki turunda “Simurq” və “Karvan” klubları ilə görüşlərdə fərqlənə bilməyən 18 yaşlı hücumçu mövsümün sonunadək çoxlu qol vuracağına söz verib. Bununla belə, V.Cavadov komandasının müvəffəqiyyətinin daha önəmli olduğunu vurğulayıb.
Qeyd edək ki, V.Cavadov 21 yaşlılardan ibarət yığmamızın heyətində İranla ikinci görüşdə komandamıza qələbə qazandıran yeganə qolun müəllifi olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR