Bank Of Baku

Səlahət Ağayev “Palanqa” turnirinin ən yaxşı qapıçısı seçilib

Səlahət Ağayev “Palanqa” turnirinin ən yaxşı qapıçısı seçilib
# 25 avqust 2007 08:40 (UTC +04:00)
17 yaşınadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-17) üzvü Səlahət Ağayev Litvada keçirilmiş “Palanqa” turnirinin ən yaxşı qapıçısı seçilib. “APA-Sport” agentliyinin məlumatına görə, S.Ağayevin nümayiş etdirdiyi oyun, göstərdiyi reaksiya yarış təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib. Həmyerlimiz turnir çərçivəsində forma geydiyi 4 görüşdə 4 qol buraxsa da, ən yaxşı qapıçı hesab olunub. Bu münasibətlə S.Ağayevə xüsusi mükafat verilib. Digər mövqelərdə isə U-17-nin üzvləri fərqlənməyiblər. Ən yaxşı müdafiəçi İrlandiya, yarımmüdafiəçi Rusiya, hücumçu isə Belarus komandasından olub.
Qeyd edək ki, S.Ağayev ötən ay Türkiyənin Trabzon şəhərində təşkil olunmuş I Qaradəniz İdman Oyunlarında da eyni mükafata layiq görülüb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR