Bank Of Baku

“Neftçi” Rikardo Alexandro Oliveyranı bəyənib

“Neftçi” Rikardo Alexandro Oliveyranı bəyənib
# 25 avqust 2007 09:09 (UTC +04:00)
“Neftçi” klubunda baxışda olan braziliyalı Rikardo Alexandro Oliveyra zədələnib. Bu haqda “APA-Sport” agentliyinə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib. Q.Qurbanovun sözlərinə görə, bir neçə gündür məşqlərdə sınanan hücumameylli yarımmüdafiəçi dizindən xəsarət alıb. 30 yaşlı braziliyalının bərpasının bir neçə gün çəkəcəyini deyən baş məşqçi onun pis təsir bağışlamadığını vurğulayıb: “Hələlik Oliveyra komanda ilə bir-iki məşqdə iştirak edib. Açığı, məşqlərdə pis təsir bağışlamır. Transfer pəncərəsinin bağlandığı avqustun 31-dək onu komandada saxlayıb-saxlamayacağımıza dair qəti qərar verəcəyik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR