Bank Of Baku

Bakıda keçirilən A kateqoriyalı kurslardan iki məşqçi uzaqlaşdırılıb

Bakıda keçirilən A kateqoriyalı kurslardan iki məşqçi uzaqlaşdırılıb
# 25 avqust 2007 10:30 (UTC +04:00)
Azərbaycanda futbol məşqçiləri üçün ilk dəfə keçirilən A kateqoriyalı kursların ikinci mərhələsinin iştirakçıları azalıb. Bu haqda “APA-Sport” agentliyinə məlumat verən kursun rəhbəri, AFFA-nın elmi-metodiki mərkəzinin başçısı Rafiq Bağırovun sözlərinə görə, 2 məşqçi - “İnter” klubundan Asim İbrahimovla U-21-dən Rafiq Mirzəyev dərslərə qatılmayıb. A.İbrahimov cərrahiyyə əməliyyatına məruz qaldığı üçün kurslarda iştirak edə bilməyib. R.Mirzəyev isə yığma komanda ilə birgə İrana səfər etdiyindən dərsdən uzaqlaşdırılıb. R.Bağırov bildirib ki, qaydalara əsasən, kurslara gələn hər məşqçiyə yalnız bir gün icazə verilməsi mümkündür. Beləliklə, A kateqoriyalı lisenziya almağa 12 məşqçi - Ağasəlim Mircavadov (“Xəzər-Lənkəran”), Əsgər Abdullayev (“Olimpik”), Sakit Alıyev (“Turan”), İslam Kərimov, Nizami Sadıqov (hər ikisi “Neftçi”), Şamil Heydərov (qadın yığması), Faiq Əzizov (milli komanda), Ramiz Məmmədov (“Qəbələ”), Əbdülqəni Nurməmmədov (“Simurq”), Elşad Xudadatov (“Qarabağ”), Vaqif Paşayev (klubsuz) və Böyükağa Hacıyev (“Bakı”) namizəddir. R.Bağırov kurslara nəzarət etmək məqsədi ilə Bakıya təşrif buyurmuş UEFA-nın çexiyalı təlimatçısı Zdenek Sivekin dünən vətəninə qayıtdığını deyib. A kateqoriyalı məşqçilik kursları avqustun 29-da başa çatacaq. Məşqçilər lisenziya almaq üçün sentyabrın 3-4-də imtahan verəcəklər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR