Bank Of Baku

Ramiz Məmmədov: “Qalib heyəti dəyişməzlər” məsəli artıq köhnəlib”

Ramiz Məmmədov: “Qalib heyəti dəyişməzlər” məsəli artıq köhnəlib”
# 25 avqust 2007 10:51 (UTC +04:00)
“Biz “Neftçi” ilə oyuna çox adi yanaşırıq. Sabah adımıza layiq çıxış edəcəyik”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Qəbələ” klubunun baş məşqçisi Ramiz Məmmədov deyib. R.Məmmədovun sözlərinə görə, flaqmana qarşı çıxış edəcəklərindən heç də həyacanlanmırlar. Gənc mütəxəssis ilk iki turda qalib gəlmələrinə baxmayaraq, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəkləri matçda müəyyən oyunçu dəyişikliklərinə əl atmasının mümkünlüyünü vurğulayıb: “Deyirlər ki, “qalib heyəti dəyişməzlər”. Amma mən “Bakı” ilə oyunda dəyişikliklərə əl atdım və nəticədə qələbə qazandıq. Beləliklə, sübut etdim ki, bu məsəl artıq köhnəlib. Bu baxımdan sabahkı oyunda da fərqli heyətə güvənəcəyim mümkündür”. R.Məmmədov Azərbaycan çempionatında rəqiblərlə harada qarşılaşmağın önəm kəsb etmədiyini bildirib. Onun sözlərinə görə, görüşün harada keçirilməsindən asılı olmayaraq, Azərbaycanda çıxış edirlər və bu ölkənin istənilən nöqtəsində özlərini sərbəst hiss etmək hüquqlarına malikdirlər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR