Bank Of Baku

Azərbaycan yığmasının baş məşqçisi Şamil Heydərov İrana buraxılmayıb

Azərbaycan yığmasının baş məşqçisi Şamil Heydərov İrana buraxılmayıb
# 25 avqust 2007 11:01 (UTC +04:00)
19 yaşınadək qızlardan ibarət futbol üzrə Azərbaycan milli komandasının (U-19) baş məşqçisi Şamil Heydərov İrana buraxılmayıb. Bu barədə “APA-Sport” agentliyinə yığmanın rəisi Telman Abdullayev məlumat verib. Onun sözlərinə görə, A lisenziyalı məşqçilik kurslarında iştirak edən Ş.Heydərovun səfərə çıxmasına icazə verilməyib. Çalışdırıcı İran yığması ilə yoldaşlıq görüşünə gedəcəyi təqdirdə, A lisenziyası almaq şansını itirəcək. Ş.Heydərovla bağlı yaranan problem ucbatından milli komanda məşqçisiz qalıb. T.Abdullayev U-19-un məşqçisi Nadir Kərimovun da səfərə aparılmayacağını vurğulayıb: “Nümayəndə heyətində futbolçulardan başqa, mən, inzibatçı, həkim və AFFA nümayəndəsi yer alırıq. Elə İranla oyuna yığmanı mən özüm çıxaracağam”. Həmyerlilərimiz bu gün saat 22:00-da Bakı-Tehran reysi ilə İrana yollanacaqlar. Yoldaşlıq görüşü avqustun 27-də Tehranda keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR