Bank Of Baku

AFFA Aleks Ferqyussonla Fatih Terimi Bakıya dəvət etmək istəyir

AFFA Aleks Ferqyussonla Fatih Terimi Bakıya dəvət etmək istəyir
# 27 avqust 2007 10:04 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) rəhbərliyi Bakıda 7 ölkənin məşqçilərinin iştirakı ilə beynəlxalq seminar keçirməyi planlaşdırır. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın elmi-metodik mərkəzinin rəhbəri Rafiq Bağırov məlumat verib. Onun sözlərinə görə, beynəlxalq seminarın təşkili üçün yaxın günlərdə UEFA-ya müraciət olunacaq: “Bu ideya AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən irəli sürülüb. Seminara ölkəmizlə yanaşı, Gürcüstan, Türkmənistan, Tacikistan, Ukrayna, Moldova və Bolqarıstandan məşqçilərin qatılmasını nəzərdə tutmuşuq. Bu tədbiri keçirməklə, UEFA-ya seminar təşkil etmək bacarığımızı göstərmək niyyətindəyik”. R.Bağırov bildirib ki, seminarda Avropanın nüfuzlu iki məşqçisinin Aleks Ferqyusson (“Mançester Yunayted”) və Fatih Terimin (Türkiyə yığması) də iştirakı gözlənilir: “UEFA-nın təlimatçısı Zdenek Siveklə də məsləhətləşmələr aparacağıq. Seminara Aleks Ferqyussonla Fatih Terimi dəvət etmək istəyirik. Onları məşqçilərə mühazirə oxumaq üçün Bakıya çağırmağı məqsədəuyğun sayırıq”. AFFA rəsmisi vurğulayıb ki, paytaxtımızda gələcəkdə “Pro” kateqoriyalı məşqçilik kurslarının keçiriləcəyi istisna deyil: “Beynəlxalq seminarın ardından “Pro” kateqoriyalı kursları təşkil etməyi planlaşdırmışıq. Bu, daha çox beynəlxalq seminarı necə keçirəcəyimizdən asılı olacaq. Seminar uğurla təşkil olunacağı təqdirdə, UEFA “Pro” kateqoriyalı kursları keçirməyi bizə etibar edəcək”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR