Bank Of Baku

Klaus Topmöller Bakıda yeni futbolçuları sınaqdan keçirəcək

Klaus Topmöller Bakıda yeni futbolçuları sınaqdan keçirəcək
# 27 avqust 2007 12:16 (UTC +04:00)
Gürcüstan milli komandasının Azərbaycan yığması ilə sentyabrın 12-də Bakıda keçirəcəyi yoldaşlıq görüşünə daha çox yerli çempionatda çıxış edən futbolçuların çağırılması istisna deyil. “APA-Sport” agentliyinin məlumatına görə, bu haqda Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Nodar Axalkatsi məlumat verib. N.Axalkatsinin sözlərinə görə, Gürcüstan millisinin avqustun 22-də Lüksemburqla keçirdiyi yoldaşlıq görüşündə 0:0 hesablı heç-heçə etməsindən GFF və baş məşqçi Klaus Topmöller narazı qalıblar. Federasiya başçısı bildirib ki, millidə çıxış etdiklərindən qürur duymayan oyunçular heyətə düşməyəcəklər: “Nə mən, nə də Gürcüstan yığmasının istənilən azarkeşi Lüksemburqda qeydə alınan nəticədə razı qala bilərik. Hər bir oyunçu bilməlidir ki, yaşıl meydanda öz ölkəsini təmsil edir”. Bununla belə, N.Axalkatsi yığmanın heyətində dəyişikliyin baş məşqçinin səlahiyyətində olduğunu vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR