Bank Of Baku

Zakir Məmmədovla AFFA arasındakı məhkəmənin hakimi yenidən dəyişdirilib

Zakir Məmmədovla AFFA arasındakı məhkəmənin hakimi yenidən dəyişdirilib
# 27 avqust 2007 13:27 (UTC +04:00)
Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədovun AFFA-ya qarşı Xətai rayon Məhkəməsində qaldırdığı iddia əsasında növbəti məhkəmə iclası ikinci dəfə təxirə salınıb. Bu barədə “APA-Sport” agentliyinə məlumat verən Z.Məmmədovun sözlərinə görə, məhkəmə sentyabrın 3-də keçiriləcək. Amma həmin gün də iclas birtərəfli baş tuta bilər. Belə ki, Z.Məmmədov məhkəməyə gələ bilməyəcək: “Sentyabrın 3-də Gəncəyə getməliyəm. Bu səbəbdən məhkəmədə iştirak etməyim qeyri-mümkün olacaq. Yəqin ki, iclas yenə təxirə salınacaq”. Federasiya rəsmisi məhkəmənin hakiminin yenidən dəyişdirildiyini söyləyib: “Məhkəmədə vəkillərin yerdəyişməsi baş verib. İndi iş Raziyyə Ataşovaya tapşırılıb”. Bundan əvvəl işə iki hakim baxıb. AFFA-ya qarşı qaldırılan iddia ərizəsini öncə Rauf Əhmədov araşdırıb. Müəyyən müddətdən sonra R.Əhmədov səhhətindəki problem ucbatından işi aparmaqdan imtina edib. Belə olan halda, işin icraatı digər hakim Tahir Süleymanova tapşırılıb. T.Süleymanovun işi aparmaqdan imtinasının səbəbləri məlum deyil.
Qeyd edək ki, Z.Məmmədov AFFA-nın aprelin 26-da keçirilən XI konfransında qəbul olunan qərarın 7-ci (klublarda Azərbaycan vətəndaşı olan əcnəbi futbolçuların sayı “5+2” prinsipi ilə qəbul edilsin), 9-cu (Azərbaycan yığmasında milliləşmiş futbolçuların sayı “5+2” prinsipi ilə qəbul edilsin), 10-cu (legionerlərin sifariş məbləği 20 min, yerli futbolçuların isə 5 min manat olsun) və 11-ci (yerli məşqçilərin sifariş məbləği 10 min, əcnəbi mütəxəssislərin isə 50 min manat olsun) bəndlərinin ləğvini tələb edir. O, bu il mayın 4-də Xətai Rayon Məhkəməsində iddia qaldırıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR