Bank Of Baku

Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin püşkü atılıb

Futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin püşkü atılıb
# 27 avqust 2007 14:27 (UTC +04:00)
Bu gün futbol üzrə Azərbaycan çempionatının birinci dəstəsinin püşkü atılıb. “APA-Sport” agentliyini məlumatına görə, AFFA-nın mənzil-qərargahında keçirilən püşkatmada 20 klub iştirak edib. Aşağı dəstənin iştirakçıları hərəsində 10 komanda olmaqla, iki yarımqrupa bölünüb. Püşkün nəticəsinə əsasən, birinci turda A qrupunda NBC (Bakı) “Bakı-2”, “Abşeron” “İnter-2”, “Samux” “Qarabağ-2” (Ağdam), “Ədliyyə” (Bakı) “Spartak” (Quba), “Anşad-Petrol” (Neftçala) “Bakılı” (Bakı), B qrupunda isə “MKT-Araz” (İmişli) “Standard-2” (Bakı), “Energetik” (Mingəçevir) “Xəzər-Lənkəran-2”, “Şahda𔝠(Qusar) “Neftçi-2”, MOİK (Bakı) “Turan-2” və “Göyəzən” (Qazax) GEN (Bakı) matçları keçiriləcək. İlk turun qarşılaşmaları sentyabrın 1-2-də baş tutacaq. Çempionatın tam təqvimi sabah müəyyənləşəcək. Reqlamentə uyğun olaraq, hər qrupda ilk 3 yeri tutacaq komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Bu zaman klubların ilkin mərhələdəki topladığı xallar saxlanılacaq. İkinci mərhələdə birinci və ikinci pilləyə sahib çıxacaq klublar 2008/09 mövsümündə güclülər dəstəsində oynamaq hüququna yiyələnəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR