Bank Of Baku

Azərbaycan kubokunun püşkü atılıb

Azərbaycan kubokunun püşkü atılıb
# 27 avqust 2007 14:43 (UTC +04:00)
Bu gün AFFA-da XVI Azərbaycan kuboku uğrunda yarışın püşkatma mərasimi keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, ölkə kubokunda mübarizə əvvəlcədən nəzərdə tutulduğu kimi 1/32 deyil, 1/16 finaldan başlayacaq. Buna “Spartak” (Quba) və “Turan-2” (Tovuz) klublarının turnirdən imtina etməsi səbəb olub. Azərbaycan kubokunda güclülər dəstəsinin 14, aşağı liqanın isə 18 təmsilçisi çıxış edəcək. Yarışın son qalibi “Xəzər-Lənkəran” 1/16 finalda Bakının NBC komandası ilə qüvvəsini sınayacaq. Digər cütlüklər belədir: “Standard-2” “Bakı”, “İnter-2” “Göyəzən”, MOİK “Qəbələ”, “Anşad-Petrol” “Simurq”, “Samux” ABN, “Bakılı” “Olimpik”, “Ədliyyə” “Gənclərbirliyi”, “Şahda𔝠“Neftçi”, “Abşeron” “Energetik”, “Qarabağ-2” “Standard”, “Neftçi-2” “Karvan”, “Bakı-2” “Turan”, “MKT-Araz” “Qarabağ”, “Xəzər-Lənkəran-2” “Masallı” və GEN “İnter”. 1/16 final mərhələsində ilk oyunlar sentyabrın 26-27-nə təyin olunub. Cavab görüşləri isə bir həftə sonra olacaq. Yarışın final matçı gələn il mayın 28-də keçiriləcək. Azərbaycan kubokunun reqlamentinə əsasən, qalib adına iddialı “Xəzər-Lənkəran”la “Neftçi” yalnız finalda qarşılaşa bilərlər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR