Bank Of Baku

“Neftçi” klubunu çexiyalı Vlastimil Petrjela çalışdıracaq

“Neftçi” klubunu çexiyalı Vlastimil Petrjela çalışdıracaq
# 28 avqust 2007 08:42 (UTC +04:00)
Rusiyanın “Zenit” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela karyerasını Azərbaycanda davam etdirəcək. “APA-Sport” agentliyinin Rusiya mətbuatına istinadən xəbərinə görə, çexiyalı mütəxəssis dördqat Azərbaycan çempionu “Neftçi” ilə bir illik müqavilə bağlayıb. V.Petrjela özü də bu haqda açıqlamasında az öncə Bakıda olduğunu və ölkəmizdə gördüklərindən razı qaldığını deyib: “İlk növbədə Bakıda infrastruktur barədə düşünmürdüm. Mənim fikirlərim artıq işləməyimin lazım gəldiyi komandaya köklənib. “Neftçi” klubunda çox yaxşı futbolçular cəmləşib və mən komandanın inkişaf perspektivlərini görürəm”. Avqustun 27-də vətəninə qayıdan çexiyalı məşqçi bir neçə gündən sonra Bakıya dönəcək.
Qeyd edək ki, V.Petrjela “Neftçi” klubunda Qurban Qurbanovu əvəzləyib. /APA-Sport/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR