Bank Of Baku

Qurban Qurbanov “Neftçi” klubunun baş məşqçisi vəzifəsindən istefa verib

Qurban Qurbanov “Neftçi” klubunun baş məşqçisi vəzifəsindən istefa verib
# 28 avqust 2007 10:04 (UTC +04:00)
Bu görüşdə onun baş məşqçi postunu idman direktoru vəzifəsinə dəyişməsi barədə razılıq əldə edilib. Buna baxmayaraq, Q.Qurbanov daha bir neçə gün komandanı çalışdıracaq. Sentyabrın 2-də “Neftçi”ni ölkə çempionatının növbəti turu çərçivəsində “İnter” klub ilə oyuna Q.Qurbanovun çıxarıb-çıxarmayacağı məlum deyil.
Vaxtilə Azərbaycan milli komandasının kapitanı olmuş Q.Qurbanov məşqçilik fəaliyyətinə 2006-cı ilin yayında “Neftçi”də başlayıb. Gənc çalışdırdığı “Neftçi”yə rəhbərlik etdiyi ilk mövsümdə komandaya gümüş medal qazandırıb. Amma UEFA kubokundakı uğursuzluqdan və Azərbaycan çempionatının birinci turunda öz meydanında “Turan”a məğlubiyyətdən (1:2) sonra Q.Qurbanovun istefaya göndəriləcəyi barədə söz-söhbətlər yayılmışdı. Onu 54 yaşlı çexiyalı Vlastimil Petrjela əvəz edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR