Qurban Qurbanov: “Son vaxtlar mənə həddindən artıq təzyiqlər edilirdi”
- Vlastimil Petrjelanın Bakıda olmasından xəbərim var. Onunla görüşərək, söhbət etmişik.
- Yeni baş məşqçinin komandaya cəlb olunması zərurəti nədən yarandı?
- Hələ Petrjela gəlməmiş vitse-prezident Ramin Musayevin iştirakı ilə klub prezidenti Rövnəq Abdullayevlə görüşümüz oldu. Bizi daha çox klubun gələcək fəaliyyəti və inkişafı maraqlandırırdı. Həm də son vaxtlar mənə təzyiqlər həddən artıq çox idi. Həm mütəxəssislər, həm də media tərəfindən yalnız “Neftçi”nin çıxışı analiz edilirdi. Bura komandamızın milli çempionatdakı çıxışı və UEFA kuboku çərçivəsində Avstriyanın “Rid” klubu ilə oyunu daxil idi. Daha öncə isə belə söz-söhbətlər gəzirdi ki, “Neftçi”yə baş məşqçi lazım deyil, artıq məsələ yuxarı səviyyədə həll olunub, klub 70-ci ildönümündə həm çempion olacaq, həm də kuboku qazanacaq. Sonda belə düşünənlər gözlərinə inanmadılar. “Neftçi” öz gücünə çempionatda ikinci yeri tutdu, hətta çempionluğa da layiq idi. Əfsuslar olsun ki, “Olimpik”ə məğlubiyyətimizlə çempionluğu əldən verdik. Ölkə kuboku və UEFA kuboku qarşılaşmalarında isə bəxtimiz gətirmədi. Lakin bunların hamısını təcrübəsizliklə əlaqələndirdilər. Çox dərinə getmək istəmirəm, əgər təcrübəsiz məşqçi olsaydım, son turlaradək çempionluq uğrunda mübarizə aparmazdıq. Mən futboldan gedəndə də çalışdım ki, hörmətlə gedim. Gördüm ki, get-gedə gücüm azalır. Qərar qəbul etdim ki, oyunçu karyeramı bitirsəm, daha yaxşı olar. Elə baş məşqçi kimi də klub rəhbərliyi ilə görüşdə də məsləhətləşdik ki, bəlkə klubun inkişafı naminə başqa işləri görək. Bəlkə başqa məşqçi gətirək? Yəni, çox məsləhət etdik. Nəticədə mənə “Neftçi”nin idman direktoru vəzifəsini həvalə etdilər. Düzdür, hələ bu vəzifəni tam sənədləşdirməmişik. Amma artıq razılıq əldə olunub.
- İdman direktoru kimi səlahiyyətlərinizə nələr daxildir?
- Səlahiyyətlərimə klubun qısa müddətdə inkişafı, komandaya yeni məşqçi və oyunçuların gətirilməsi ilə bağlı axtarışları və məsləhətləri də ilk növbədə mən verməliyəm. “İnter”lə qarşıdakı oyuna komandamızı mən çıxaracağam. Bundan sonra isə yeni vəzifəmin icrasına başlayacağam.
- Yeni baş məşqçi axtarışına nə vaxtdan başlamışdınız?
- Milli çempionatın ilk turunda “Turan”la oyundan sonra qərara aldıq ki, dərhal məşqçi axtarışına çıxaq. Vlastimil Petrjelanın işsiz olduğunu bilirdik. Onunla əlaqə saxladıq, təklifimizi bildirdik və ilkin razılaşma əldə etdik. Petrjelanı Bakıya dəvət etdik, gəlib avqustun 26-da “Qəbələ” ilə keçirdiyimiz son oyunu izlədi. Ertəsi gün rəhbərlik səviyyəsində onunla razılaşma əldə olundu. Dünən Petrjela vətəni Çexiyaya qayıdıb. Yəqin ki, sentyabrın 2-də “İnter”lə keçirəcəyimiz oyunadək Bakıda olacaq. Onunla yenidən görüşəcəyik. Hələlik bir illik müqavilə bağlamışıq. Gələcəkdə işi hamımızı qane etsə, müqaviləsini uzadacağıq.
- Niyə məhz Petrjela?
- Petrjela ilk növbədə, çox təcrübəli mütəxəssisdir. Rusiyada “Zenit”i çalışdırarkən, hamımız bu komandanın oyunlarını seyr edirdik, nəyə qadir olduğunu görürdük. Onun iş prinsipləri ilə bir müddət idi ki, maraqlanırdıq. Demək olar ki, birbaşa “Zenit”dəki işinə görə, onun üzərində dayandıq. Amma indiki “Zenit”in Petrjelanın əsəri olduğu fikirləri ilə razı deyiləm. Bəzən məşqçilər deyirlər ki, filan komandada iz qoyub getmişəm, kollektiv formalaşdırıb, hətta mühərrikini işə salıb ayrılmışam. Hər bir məşqçinin öz oyun üslubu, futbol anlayışı var. Daha yaxından maraqlandıqda, Petrjelanın “Neftçi”nin oyun üslubuna uyğun futbola üstünlük verdiyini öyrəndik, fikirləri ilə də razılaşdıq. Petrjelanın indiyədək müxtəlif komandalarda gördüyü işlər bizi qane edir. O, Bakıya yenidən gəldikdən sonra planları ilə də tanış olacağıq. Oturub hərtərəfli söhbət edəcək, müzakirə aparacağıq.
- Petrjelanın komanda barədə ilkin təəssüratları necə oldu?
- O, “Neftçi”nin bugünkü durumundan demək olar ki, razı qalıb. Komandamızda perspektiv görüb və daha yaxşı kollektivə çevirməyin mümkünlüyünü anlayıb. Biz də komandadan gələcəkdə daha yaxşı nəticələr gözləyirik.
- Yeni baş məşqçi ilk mövsüm üçün çempionluq söz veribmi?
- Müasir futbolda baş məşqçinin çempionluq söz verməsi halına o qədər də rast gəlinmir. Bu gün zəif sayılan komanda istənilən rəqibə qarşı müqavimət göstərə bilir. Məsələn, biz ilk turda öz meydanımızda “Turan”a məğlub olduq. Hələ çempionatda bu cür sensasiyalar o qədər olacaq ki... Biz bu günü fikirləşmirik. İndiyədək, Ramin müəllim klubla bağlı məsələlərlə demək olar ki, təkbaşına məşğul olurdu. Bundan sonra isə ikimiz çalışacağıq. Mən xaricdə çox olmuşam. Bundan sonra da xaricə səfərlər edəcək, Avropanın tanınmış klublarının düşərgəsinə baş çəkib klubumuzun qısa müddətdə daha yaxşı inkişafı yönündə informasiyalar toplayacağıq.
- Petrjelanın özü ilə komandaya yeni oyunçular və ya köməkçi-məşqçilər gətirəcəkmi?
- Təbii ki, hər bir baş məşqçinin birgə çalışmaq istədiyi məşqçilər olur. Petrjelanın da öz köməkçiləri olacaq. Amma onların sayını Bakıya gəldikdən sonra müəyyənləşdirəcəyik. Yeni oyunçu transferləri isə çox güman ki, olmayacaq. Çünki artıq transfer pəncərəsinin bağlanmasına az qalıb.
- Özünüz baş məşqçi postundan belə tezliklə ayrılmağınızdan pərişan deyilsiniz?
- Qətiyyən! Futboldan gedəndə də mənə bu cür suallar verildi. Deyirdilər ki, hələ bir il də oynaya bilərdin. Futbol mənim üçün demək olar ki, hər şeydir. Futbola o qədər vurulmuşam ki, sözlə ifadə edə bilmirəm. Rövnəq müəllimlə görüşümdə belə bir böyük komandaya məni baş məşqçi təyin etdiyi üçün minnətdarlığımı bildirdim. Onunla klubumuzun gələcəkdə daha yaxşı inkişafı yönündə səmimi razılıq əldə olunub. Həmişə hansısa qərarı düşünərək qəbul etmişəm və indiyədək heç vaxt peşman olmamışam.
- Gələcəkdə yenidən baş məşqçi çalışmağınız mümkündürmü?
- Bu, bizim işimizdən asılı olacaq. Hər bir vəzifə görəcəyin işin nəticəsindən asılıdır. İşimin öhdəsindən gələ bilməsəm, klubda inkişaf olmasa, əlbəttə, klubdan gedə də bilərəm. Amma mən həmişə çalışmışam ki, istənilən işi görərkən, özümü yaxşı tərəfdən göstərim, fikirlərimi tez həyata keçirim. Artıq fikirlərimi tezliklə reallaşdırmaq üçün daha çox boş vaxtım olacaq. İdman direktoru vəzifəsində məsuliyyətim azalmayacaq, əksinə, çoxalacaq. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər