Vlastimil Petrjela: “Zenit”dən sonra “Neftçi “yə keçidim geriyə addım deyil”
- Məni Bakıya klubun rəhbərliyi dəvət etdi.
- Baş məşqçi postunu Sizə konkret kim təklif edib?
- “Neftçi”nin prezidenti və vitse-prezidenti.
- Rəhbərlik qarşınıza hansı vəzifəni qoyub?
- Bildiyimə görə, “Neftçi” ölkənin ən güclü klubudur. Təbii ki, rəhbərlik komandanı daha da inkişaf etdirməyimi istəyir. Amma bu, futboldur və gələcəkdə hər şey baş verə bilər.
- Müqavilənin şərtləri Sizi qane edirmi? Ümumiyyətlə, “Neftçi” rəhbərliyi Sizə nə qədər pul ödəyib?
- İlkin olaraq, bir illik müqavilə bağlamağa razılıq verdim. Hərçənd, “Neftçi” rəsmiləri daha uzun müddətli müqavilə imzalamağı istəyirdilər. Amma bununla razılaşmadım. Gələcəkdə anlaşmanın vaxtını artıracağımız istisna deyil. Müqavilənin maddi dəyərini isə deyə bilmərəm.
- Razılaşmanın maddi dəyəri müəyyənləşdirilməyib ki?
- Məni düzgün başa düşmədiniz. Müqavilənin maddi dəyəri bilinir. Ancaq bu rəqəmi jurnalistlərə deməyəcəyəm.
- Axı, belə şeylər gizlədilmir və əksər hallarda ictimaiyyətə açıqlanır.
- Yox, mən müqavilənin maddi dəyərini açıqlamaq fikrində deyiləm.
- Nəyə görə, məhz “Neftçi”də işləməyə razılaşdınız?
- Mənə digər klublardan da təklif göndərilmişdi. Amma Azərbaycanda çalışmaq qərarına gəldim. “Neftçi” rəsmiləri tez-tez mənə zəng vururdular. Onlar məni Bakıya - “Neftçi”nin oyununu, Azərbaycan futbolunu izləməyə dəvət edirdilər. Bakıya gələrək, həm “Neftçi” rəhbərliyi ilə danışıqlar apardım, həm də komandanın oyununa baxdım. Qeyd etməliyəm ki, “Neftçi” bir az fərqli oyun göstərir. İstəyirəm ki, “Neftçi” mənim keçmiş komandam “Zenit”in oyun üslubunda çıxış etsin.
- Demək istəyirsiniz ki, “Neftçi” hazırda pis oyun nümayiş etdirir?
- Elə demək istəmədim. Bakıda olarkən “Neftçi”nin bir oyunu izlədim. Komanda haqqında ilk təəssüratlarım yaxşıdır. Heyətdə gənc, texnikalı, ağıllı futbolçular var. Xətlərarası əlaqə qənaətbəxşdir. Lakin “Neftçi”nin futbolçuları bir az çox qaçmalıdırlar, sürətli oynamalıdırlar. Bəzi epizodlarda komandanın üzvləri qol şansı yaxalasalar da, bundan yararlana bilmirdilər.
- Qeyd etdiyiniz kimi, başqa komandalardan da Sizə təklif gəlib. Bilmək olar, Sizinlə hansı klublar maraqlanırdılar?
- Çoxlu təkliflər almışdım.
- Məsələn...
- Bu günlərdə Rumıniyanın “Universitatya Krayova” klubu mənə baş məşqçi postunu təklif etmişdi. “Universitaya Krayova”nın prezidenti ilə də görüşüm oldu. Amma sonda razılığa gələ bilmədik. Buna heç də pulun azlığı səbəb olmadı. Sadəcə, rumıniyalılar “Neftçi”dən gec tərpənmişdilər.
- “Neftçi”nin hazırkı məşqçiləri ilə işləyəcəksiniz, yoxsa özünüzə yeni köməkçilər götürəcəksiniz?
- Komandaya yeni bir məşqçi dəvət etməyi nəzərdə tutmuşam. Bunun kim olacağı hələ bilinmir. Bu, rusiyalı, ukraynalı və ya çexiyalı məşqçi ola bilər. Çoxları mənimlə işləmək istəyirlər. Lakin hələ seçimimi etməmişəm.
- Bakıya gəlməmişdən öncə Azərbaycan futbolu haqqında məlumatınız var idi?
- Açığı, Azərbaycan futbolu haqda elə də məlumatlı deyildim. Bakıya səfərimdən əvvəl yalnız “Neftçi”ni tanıyırdım. Azərbaycana səfərim zamanı ölkə çempionatının iki oyununu izlədim. Oyununa baxdığım komandalar texnikalı kollektiv təəssüratı bağışladılar.
- Siz əvvəllər “Zenit”in baş məşqçisi vəzifəsində çalışmısınız. Rusiya klubundan sonra “Neftçi”yə keçidinizi geriyə addım kimi qiymətləndirmək olar?
- Heç vaxt bunu geriyə addım kimi dəyərləndirmərəm.
- Azərbaycana nə vaxt qayıdacaqsınız? “Neftçi” milli çempionatın növbəti turuna Sizin rəhbərliyiniz altında çıxacaqmı?
- Bakıya sentyabrın 1-də dönəcəyəm. Çünki tezliklə yeni komandamın ilk oyununda iştirak etmək istəyirəm. “Neftçi”ni “İnter”lə qarşılaşmaya mən özüm çıxaracağam. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb
Misir Prezidenti Yaxın Şərqdə vəziyyətin sabitləşəcəyinə ümid edir
Yəmən ordusu Moha yaxınlığında husilərin mövqelərinə kütləvi hava zərbələri endirir
İsrail Qəzzada HAMAS-ın iki komandirini öldürdüyünü açıqlayıb
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfərinin ilk günü başa çatıb
Şuşada Meksikanın Müstəqillik Günü qeyd olunub - FOTO - VİDEO
Rusiyanın Dneprə hücumu nəticəsində 12 nəfər yaralanıb
Husilər Səudiyyə Ərəbistanının 9 hərbi təyyarəsini vurduqlarını iddia edirlər
“Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
“Sea Breeze 2026”: Təmsilçimiz turnirə qələbə ilə başladı - YENİLƏNİB
Gürcüstanda vətənə xəyanətdə ittiham olunan müxalifət lideri saxlanılıb
“Neftçi” “İmişli”ni məğlub edib
Səfirlik: ABŞ-ın qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində yaşayış komplekslərini ziyarət ediblər - FOTO
Husilər Yəməndə Qırmızı dənizin sahillərini tam nəzarətə götürüblər
Omanda Körfəz ölkələrinin iştirakı ilə regional toplantı keçiriləcək
Xarici diplomatlar Şuşa qala divarlarını ziyarət ediblər - FOTO
Dövlət şirkətlərinin bazardakı rəqabət prisnsiplərinə uyğunluğu qiymətləndiriləcək
Qırmızı qəsəbədə Roş ha-Şana bayramı qeyd olunur - FOTO
İsmail Kartalın istefası qəbul edilib
Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər - FOTO
FHN-in qurumları arasında səmti müəyyənetmə üzrə çempionata yekun vurulub
Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
Xarici diplomatlar Şuşada “Sadıqcanın evi”ni ziyarət ediblər - FOTO
MM komitə sədri: Çox zaman müəllimlər qız uşaqlarına deyir ki, nə üçün oxuyursan, tez ərə getməlisən
Xankəndidə regional məşğulluq ekosisteminin qurulması məsələləri müzakirə olunub
BMTMM-nin sədrinə 3 müavin təyin edilib - EKSKLÜZİV
M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır
Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Planı təsdiq edilib
Fərid Şəfiyev Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin sədri təyin edilib
TPAO: “Şahdəniz” Türkiyə və Avropanın qaz təhlükəsizliyinə mühüm töhfə verir
Diplomatik korpusun nümayəndələri Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər - FOTO
Xarici diplomatlar Cıdır düzündə olub - VİDEO
Leysan yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Əhalinin yanacaq xərcləri bu il 4%-dən çox artıb
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfər edib
Xarici diplomatlar Şuşada tikilməkdə olan Yeni Şuşa məscidi ilə tanış olublar - FOTO
Obyekt almaq istəyənlər üçün Bakıda yeni seçimlər – hansı ərazilərdə?
Reabilitasiya mərkəzinin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirilib
2027-cı ilin büdcə zərfi Nazirlər Kabinetinə təqdim olunacaq
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verəcək
Kolleclərin boş qalan yerlərinə qəbulun nəticələri elan olunub
BOTAŞ və SOCAR qaz ticarəti üzrə mövcud sazişlərin müddətini uzatmaq üzərində işləyir
Rezidenturaya boş qalan plan yerlərinə qəbulun nəticələri elan edilib
Lukaşenko: Belarus ordunun döyüş hazırlığını yoxlayacaq
"Bank Respublika" "AccessBank"ın səhmlərinin 100%-ni alır
Səfir: Britaniya ilə Azərbaycan arasında süni intellekt və texnologiya sahəsində maraqlı layihələr var
Gürcüstanda əcnəbilər ali məktəblərə imtahansız qəbul ola biləcəklər