Bank Of Baku

İspaniyanın “Sevilya” komandasının oyunçusu Antonio Puerto vəfat edib

İspaniyanın “Sevilya” komandasının oyunçusu Antonio Puerto vəfat edib
# 28 avqust 2007 17:21 (UTC +04:00)
İspaniyanın “Sevilya” komandasının 22 yaşlı futbolçusu Antonio Puerto bu gün vəfat edib. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, ötən həftə sonunda La Liqanın ilk turunda “Getafe” ilə oyun zamanı qəflətən yerə yıxılan və xəstəxanaya çatdırılan A. Puertonun infarkt keçirdiyi bəlli olub. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Xəbərin açıqlanmasından sonra İspaniya Futbol Federasiyası La Liqada matəm elan edib. “Sevilya” klubunun rəhbərliyi isə UEFA-ya müraciət edərək Yunanıstanın AEK komandası ilə Çempionlar Liqasının sonuncu ön mərhələsinin cavab oyununun təxirə salınmasını xahiş edib. UEFA klubun müraciətini müsbət cavablandırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR