Bank Of Baku

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adı məlum olub

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan üç komandanın adı məlum olub
# 29 avqust 2007 08:21 (UTC +04:00)
Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk üç komandanın adı məlum olub. “APA-Sport” agentliyinin məlumatına görə, İtaliyanın “Latsio”, Şotlandiyanın “Reyncers” və İngiltərənin “Liverpul” klubları 3-cü təsnifat mərhələsinin cavab görüşlərində də sərfəli nəticə əldə ediblər.

“Dinamo” (Rumıniya) - “Latsio” (İtaliya) 1:3
Bratu, 27 Rokki, 47 penaltiylə; 66, Pandev, 54
İlk oyun: 1:1

“Srvena Zvezda” (Serbiya) - “Reyncers” (Şotlandiya) 0:0
İlk oyun: 0:1

“Liverpul” (İngiltərə) - “Tuluza” (Fransa) 4:0
Krauç, 19, Hyuyupya, 49, Kuyt, 87, 90
İlk oyun: 1:0

Qrup mərhələsində mübarizə aparmaq hüququ əldə edən daha 3 klubun adı isə bu gün müəyyənləşəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR