Bank Of Baku

İlqar Qurbanov “Trabzonspor”a qarşı yenidən oynayacaq

İlqar Qurbanov “Trabzonspor”a qarşı yenidən oynayacaq
# 29 avqust 2007 09:29 (UTC +04:00)
Azərbaycan milli komandasının futbolçusu İlqar Qurbanovun şərəfini qoruduğu “Sivasspor” klubu Türkiyə çempionatında “Trabzonspor”la yenidən qarşılaşacaq. “APA-Sport” agentliyinin məlumatına görə, bu barədə Türkiyə Futbol Federasiyası qərar verib. Federasiyasının qərarına əsasən, “Trabzonspor” - “Sivasspor” matçı neytral meydana təyin olunub. Oyunun keçiriləcəyi tarix hələ dəqiqləşməyib. Məlum olduğu kimi, Türkiyə çempionatının birinci turu çərçivəsində Trabzon şəhərində keçirilmiş görüşdə qalmaqal baş vermişdi. Qarşılaşmanın son dəqiqələrində, hesab 1:0 meydan sahiblərinin xeyrinə olarkən “Trabzonspor”un azarkeşləri stadiona daxil olaraq, “Sivasspor”un futbolçularına fiziki zərbələr endirmişdilər. Bu qalmaqala görə, ölkə futbol federasiyası hər iki klubun bir neçə futbolçusunu cəzalandırıb, həmçinin “Trabzonspor”un növbəti 5 turda boş tribunalar önündə çıxış etməsi barədə qərar çıxarıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR