Bank Of Baku

Viktor Pasulko: “Xəzər-Lənkəran” klubunun sahibləri futbolla heç bir əlaqəsi olmayan insanlar, biznesmenlərdir”

Viktor Pasulko: “Xəzər-Lənkəran” klubunun sahibləri futbolla heç bir əlaqəsi olmayan insanlar, biznesmenlərdir”
# 29 avqust 2007 10:16 (UTC +04:00)
“Həmişə qızıl dağlar vəd edirlər, işləməyə başlayanda isə... Orada işlər çox qeyri-peşəkar səviyyədə qurulmuşdu”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri hazırda Almaniyanın 5-ci liqasında mübarizə aparan “Yunkersdorf” klubunun baş məşqçisi Viktor Pasulko “Xəzər-Lənkəran” karyerası barədə danışarkən deyib. Moldovalı çalışdırıcının sözlərinə görə, 2005-2006 mövsümünün ikinci dövrəsindən sonunadək baş məşqçisi olduğu “Xəzər-Lənkəran” klubunun sahibləri futbolla heç bir əlaqəsi olmayan insanlar, biznesmenlərdir: “İnfrastruktura gəldikdə, orada demək olar ki, yoxdur. Nəticədə mən həm inzibatçı, həm təsərrüfatçı, həm menecer, həm də seleksioner işləməli olurdum”. Bununla belə, ötənlərin tanınmış futbolçusu ictimai əsaslarla çalışdığı Moldova milli komandasını “Xəzər-Lənkəran”dan maraqlı təklif aldığı üçün tərk etdiyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR