Bank Of Baku

Mais Mənsimov: “Nə qədər ki, “Xəzər-Lənkəran” var, Ağasəlim Mircavadov komandamızda qalacaq”

Mais Mənsimov: “Nə qədər ki, “Xəzər-Lənkəran” var, Ağasəlim Mircavadov komandamızda qalacaq”
# 29 avqust 2007 11:35 (UTC +04:00)
“Nə qədər ki, “Xəzər-Lənkəran” var, Ağasəlim Mircavadov komandamızda qalacaq. Yaxud, nə qədər ki, Ağasəlim Mircavadov var, “Xəzər-Lənkəran”ın baş məşqçi postunda çalışacaq”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun prezidenti Mais Mənsimov deyib. M.Mənsimovun sözlərinə görə, çexiyalı Vlastimil Petrjelanı baş məşqçi postuna gətirən “Neftçi” klubunun rəhbərliyi kimi heç vaxt addım atmayacaqlar: “Bizim əcnəbi baş məşqçiyə ehtiyacımız yoxdur. Çünki komandamızın başında Ağasəlim Mircavadov kimi təcrübəli mütəxəssis durur”.
Qeyd edək ki, Ağasəlim Mircavadov “Neftçi”dən istefa verdikdən sonra “Xəzər-Lənkəran”la müqavilə bağlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR