Bank Of Baku

Milli dərəcəli hakim Ramiz Əhmədov “Olimpik” klubundan üzr istəyəcək

Milli dərəcəli hakim Ramiz Əhmədov “Olimpik” klubundan üzr istəyəcək
# 29 avqust 2007 11:43 (UTC +04:00)
“AFFA-nın məni cəzalandıracağını gözləmirdim. Bu xəbəri eşidəndə şoka düşdüm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında milli dərəcəli hakim Ramiz Əhmədov deyib. XVI Azərbaycan çempionatının III turunda “Olimpik” “Gənclərbirliyi” (1:0) matçında buraxdığı nöqsanlar ucbatından 5 oyunluq diskvalifikasiyaya məruz qalan R.Əhmədov matçın videokasetinə baxacağını bildirib: “Bir halda ki, bu qərarı xüsusi komissiya qəbul edib, deməli, bununla razılaşmaq lazımdır. Ancaq hər ehtimala qarşı səhvlərimin olub-olmadığını aydınlaşdırmaq üçün oyunun videokasetinə baxacağam”. Hakim səhvlərin üzə çıxacağı təqdirdə, “Olimpik” rəhbərliyindən üzr istəməyə hazır olduğunu söyləyib: “Oyundan sonra bir çox mütəxəssislərlə söhbətləşmişəm və onlar sarı vərəqələri düzgün verdiyimi deyiblər. Ancaq qol epizodu ilə bağlı nə isə deməyə çətinlik çəkirəm. Videokasetə baxarkən nöqsanlarım üzə çıxarsa, “Olimpik” rəhbərliyindən üzr istəyəcəyəm”. R.Əhmədov AFFA-nın qərarından apelyasiya verib-verməyəcəyini qətiləşdirmədiyini vurğulayıb.
Qeyd edək ki, R.Əhmədov “Olimpik”in şikayəti əsasında cəzalandırılıb. Bakı komandasının rəsmiləri “Gənclərbirliyi” ilə görüşdən sonra hakimin Pate Banqura və Aqil Nəbiyevə əsassız sarı vərəqə göstərməsi, eləcə də Fərrux İsmayılovun 12-ci dəqiqədə vurduğu qolu qeydə almaması barədə matçın protokulunda qeydlər aparıblar. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR