Bank Of Baku

Adilbek Caksıbekov Qazaxıstan Futbol İttifaqının prezidenti seçilib

Adilbek Caksıbekov Qazaxıstan Futbol İttifaqının prezidenti seçilib
# 29 avqust 2007 12:16 (UTC +04:00)
Adilbek Caksıbekov Qazaxıstan Futbol İttifaqının (FSK) yeni prezidenti seçilib. “APA-Sport” agentliyinin məlumatına görə, Almatı şəhərində keçirilən qurumun növbədənkənar hesabat-seçki konfransında 18 Regional Futbol Federasiyasının nümayəndələri A.Caksıbekovun namizədliyini yekdilliklə dəstəkləyiblər. Yeni prezidentin birinci müavini “Alma-Ata” klubunun prezidenti Sayan Həmitcanov, müavini isə Almatının “Kayrat” komandasının sabiq futbolçusu Seylda Bayşakov olub. Əvvəllər Əskər Axmetovun tutduğu FSK-nın baş katibi vəzifəsi Maksim Lebedevə həvalə olunub.
Qeyd edək ki, FSK-da prezident postu Rahat Əliyevin həbs edilməsindən sonra boşalıb. Qazaxıstan milli komandası Azərbaycan yığmasının Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən biridir. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR