Bank Of Baku

Azərbaycan Yunanıstan oyununa bilet satılmayacaq

Azərbaycan  Yunanıstan oyununa bilet satılmayacaq
# 29 avqust 2007 13:08 (UTC +04:00)
Azərbaycan və Yunanıstanın 21 yaşınadək futbolçularından ibarət milli komandaları arasında Bakıda keçiriləcək Avropa çempionatının seçmə qrup mərhələsinin oyununa bilet satılmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matça giriş pulsuz olacaq. Qarşılaşma sentyabrın 8-də saat 18:00-da başlanacaq. Bu, yığmamızın cari seçmə mərhələdə ilk ev oyunu olacaq. Gənc futbolçularımız qitə birinciliyinin seçmə mərhələsində cəmi bir görüşdə iştirak ediblər. Şakir Qəribovun rəhbərlik etdiyi kollektiv bu ilin iyununda Afinada Yunanıstan komandasına məğlub olub (1:4). /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR