Bank Of Baku

“Fənərbaxça” və “Beşiktaş” klubları Çempionlar Liqasının qrup mərhələsinə yüksəliblər

“Fənərbaxça” və “Beşiktaş” klubları Çempionlar Liqasının qrup mərhələsinə yüksəliblər
# 30 avqust 2007 08:53 (UTC +04:00)
Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək daha 12 komandanın adı müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, III təsnifat mərhələsinin cavab görüşləri üçün müəyyənləşdirilən ikinci oyun günündə Türkiyəni turnirdə təmsil edən hər iki klub “Beşiktaş” və “Fənərbaxça” növbəti mərhələyə yüksəliblər. Türkiyə təmsilçiləri ilə yanaşı, “Valensiya”, “Arsenal”, “Verder”, “Seltik”, “Dinamo”, “Şaxtyor”, “Styaua”, “Slaviya”, “Benfika” və “Rusenborq” da əsas mərhələdə mübarizə aparmaq hüququ qazanıblar. İlk oyun günündə isə “Liverpul”, “Latsio” və “Reyncers” də bu imkanı əldən buraxmamışdı. Qrup mərhələsinin daha bir iştirakçısı sentyabrın 3-də keçiriləcək AEK (Yunanıstan) “Sevilya” (İspaniya) görüşündən sonra müəyyənləşəcək.

“Seltik” (Şotlandiya) “Spartak” (Moskva, Rusiya) - 1:1 (penaltilərlə - 4:3)
Makdonald, 27 - Pavlyuçenko, 45
İlk oyun 1:1

“Dinamo” (Kiyev, Ukrayna) “Sarayevo” (Bosniya və Herseqovina) - 3:0
Banqura, 3, Miloşeviç, 76 öz qapısına, Rebrov, 90
İlk oyun - 1:0

“Şaxtyor” (Ukrayna) “Zalsburq” (Avstriya) - 3:1
Lukarelli, 9, Kastilyo, 78, Brandau, 87 - Meyer, 6
İlk oyun - 0:1

“Rusenborq” (Norveç) “Tampere Yunayted” (Finlandiya) - 2:0
Sapara, 45+3, Konan, 49
İlk oyun - 3:0

“Beşiktaş” (Türkiyə) “Sürix” (İsveçrə) - 2:0
Delqado, 56, 64
İlk oyun - 1:1

“Styaua” (Rumıniya) - BATE (Belarus) - 2:0
Zaxaria, 12, Nyaqa, 54
İlk oyun - 2:2

“Anderlext” (Belçika) “Fənərbaxça” (Türkiyə) - 0:2
Kejman, 3, Aleks, 74
İlk oyun - 0:1

“Dinamo” (Zaqreb, Xorvatiya) “Verder” (Almaniya) - 2:3
Vukoyeviç, 21, Modriç, 41 penaltiylə - Diequ, 13 penaltiylə, 70 penaltiylə, Sanoqo, 38
İlk oyun - 1:2

“Slaviya” (Çexiya) “Ayaks” (Hollandiya) - 2:1
Vlçek, 22, 86 - Suares, 33
İlk oyun - 1:0

“Kopenhagen” (Danimarka) “Benfika” (Portuqaliya) - 0:1
Katsuranis, 18
İlk oyun - 1:2

“Elfsborq” (İsveç) “Valensiya” (İspaniya) - 1:2
Aleksandersson, 32 - Elgerra, 5, David Vilya, 90
İlk oyun - 0:3

“Arsenal” (İngiltərə) “Sparta” (Çexiya) - 3:0
Rositski, 8, Fabreqas, 82, Eduardo da Silva, 89
İlk oyun - 2:0

Qrup mərhələsinin püşkü bu gün atılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR