Bank Of Baku

Vlastimil Petrjela “Neftçi”ni Çexiya çempionu “Sparta”ya bənzədib

Vlastimil Petrjela “Neftçi”ni Çexiya çempionu “Sparta”ya bənzədib
# 30 avqust 2007 09:24 (UTC +04:00)
“Neftçi” klubunun baş məşqçisi Vlastimil Petrjela yeni komandasını dəfələrlə Çexiya çempionu “Sparta”ya bənzədib. “APA-Sport” agentliyinin məlumatına görə, 54 yaşlı məşqçi Çexiya telekanallarından birinə müsahibəsində “Neftçi”də gördüklərindən razı qaldığını deyib: “Yeni komandamın oyununa baxmışam. “Neftçi” ilə bağlı yaxşı təəssüratlarım var. Azərbaycanın ən böyük klublarındandır. Ümumilikdə, “Neftçi” pis komanda deyil. Uşaqlar futbol oynamağı bacarırlar. Demək olar, “Neftçi” bizim “Sparta”ya bənzəyir”. V.Petrjela bildirib ki, “Neftçi” ilə razılaşmadan öncə Rusiyanın “Lokomotiv” klubunun təklifinə rədd cavabı verib: “İşsiz qaldığım vaxtlarda xeyli təklim almışdım. Ən ciddi dəvət Rumıniyanın “Universitatya Krayova” komandasından idi. Bundan başqa, Moskva “Lokomotiv”inin rəsmiləri də mənimlə maraqlanırdılar. Amma bu təkliflərin heç birini qəbul etmədim”. Düzgün seçim etdiyini deyən çexiyalı mütəxəssis tezliklə Azərbaycana qayıdacağını vurğulayıb: “Gələn həftənin ilk günündən işə başlayıram. Həmin gündən etibarən Azərbaycan çempionatda ikihəftəlik fasilə yaranacaq. Bu, mənə komandanı daha yaxşı hazırlaşdırmağa imkan verəcək”.
Qeyd edək ki, V.Petrjela az öncə “Neftçi” komandası ilə bir illik müqavilə bağlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR