Bank Of Baku

Yaşar İbrahimov: “Turan” yenə hakim qərəzçiliyi ilə üzləşsə, dövlət başçısı İlham Əliyevə müraciət edib çempionatda çıxışımızı dayandıracağıq”

Yaşar İbrahimov: “Turan” yenə hakim qərəzçiliyi ilə üzləşsə, dövlət başçısı İlham Əliyevə müraciət edib çempionatda çıxışımızı dayandıracağıq”
# 30 avqust 2007 09:38 (UTC +04:00)
AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Murad Məmmədov “Turan” klubu rəhbərliyinin müraciətinə cavab göndərib. Bu barədə “APA-Sport” agentliyinə “Turan” klubunun prezidenti Yaşar İbrahimov məlumat verib. Y.İbrahimovun sözlərinə görə, HK sədri müraciətə şablon cavab verib: “Murad Məmmədov müraciətimizə baxıldığını və milli dərəcəli hakim Ceyhun Haşımovun cəzalandırıldığını bildirib. Sonda da komandamıza uğurlar arzulayıb. AFFA-nın baş katibi Elxan Məmmədova etdiyimiz müraciətə isə hələlik cavab almamışıq”. Bir daha C.Haşımovu Tovuza buraxmayacaqlarını vurğulayan Y.İbrahimovun sözlərinə görə, belə hal təkrarlanacağı halda, daha sərt addımlar atacaqlar: “Əvvəla, Haşımov Tovuza gələ bilməz. Onun qüruru olsa, bir daha meydana çıxıb hakimlik etməz. İkincisi, komandamız hakim qərəzçiliyi ilə üzləşsə, dövlət başçısı İlham Əliyevə müraciət edib milli çempionatda çıxışımız dayandıracağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR