Bank Of Baku

Branimir Subaşiç “Çernomorets” klubuna qayıdır

Branimir Subaşiç “Çernomorets” klubuna qayıdır
# 30 avqust 2007 10:51 (UTC +04:00)
Azərbaycan milli komandasının və “Neftçi” klubunun futbolçusu Branimir Subaşiç XVI milli çempionatın birinci dövrəsindən sonra komandasını dəyişə bilər. “APA-Sport” agentliyinin məlumatına görə, bu iddianı serbiyalı hücumçunun meneceri Slobodan Davidoviç irəli sürüb. S.Davidoviç bildirib ki, B.Subaşiçin bu ilin qışında vaxtilə şərəfini qoruduğu “Çernomorets”ə (Ukrayna, Odessa) qayıtması mümkündür: “Subaşiç Azərbaycanda yaşamağı xoşlamır. Üstəlik, o, son zamanlar ustalıq səviyyəsini artırıb, çoxlu qollar vurub. Fikrimcə, Subaşiç istənilən klubun hücum xəttini gücləndirməyə qadirdir. 25 yaşlı futbolçunun Odessaya qayıtması üçün bütün səylərimi səfərbər edəcəyəm”.
Qeyd edək ki, iki il öncə “Çernomorets”də çıxış etmiş B. Subaşiç 7 oyunda 1 qol vurub. Ardından Rusiyanın “Amkar” klubuna icarəyə verilən serbiyalı hücumçu 2005-ci ilin iyulunda “Neftçi”yə transfer olunub. B.Subaşiçin “Neftçi” ilə müqaviləsinin müddəti 2008-ci ilin yayında başa çatacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR